"Türkiyə-Azərbaycan münasibətləri daha da möhkəmlənir", R.T.Ərdoğan

Ərdoğan yenidən rəhbər vəzifəyə seçildikdən sonra ənənəvi olaraq ilk rəsmi səfərini Azərbaycana etdi.

erdogan-aliyev1.jpg

 Türkiyənin ilk prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən rəhbər vəzifəyə seçildikdən sonra ənənəvi olaraq ilk rəsmi səfərini Azərbaycana etdi.

  Ərdoğan paytaxt Bakıdakı Zaqulba İqamətgahında həmkarı Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanıb.

  Daha sonra hər iki ölkə rəhbəri təkbətək və heyətlərarası görüş keçirib.

  Danışıqlardan sonra ortaq mətbuat konfransında çıxışında Ərdoğan deyib: “Türkiyə-Azərbaycan münasibətləri bir millət, iki dövlət anlayışı ilə möhkəmlənir… Türkiyə müdafiə sənayesində ixracı artıran bir ölkədir. Bunu qardaş ölkələrlə fərqli şəkildə paylaşaq istəyirik. Ölkələrimiz arasında ikitərəfli ticarət həcmini 2-3 qat etmək niyyətindəyik.”

  Fətullahçı Terror Təşkilatı ilə (FETÖ) mübarizə məsələsinə də toxunan Ərdoğan İlham Əliyevin bu məsələdə Azərbaycandakı həssaslığını qeyd edib, Türkiyədə olub Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə də koordinasiyalı şəkildə mübarixə aparıldığını deyib.

  Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan həmkarı İlham Əliyevlə görüşdən əvvəl Azərbaycanın mərhum prezident Heydər Əliyevin qəbrini, Türkiyə Məzarlığı və Azərbaycan Şəhidlər Xiyabanını ziyarət edib.

  R.T.Ərdoğanın Azərbaycandan sonrakı səfəri Şimali Kıbrız (Kipr) Türk Respublikasınadır.



Әlaqәli Xәbәrlәr