Hulusi Akar vә Kortis Skaparroti arasında telefon danışığı olub

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

Hulusi Akar vә Kortis Skaparroti arasında telefon danışığı olub

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Hulusi Akar vә ABŞ-ın  Avropadakı Qüvvәlәri ilә NATO-daki Müttәfiq Qüvvәlәrinin hәrәkat komandanı Kortis Skaparroti arasında telefon danışığı olub.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

Mәlumata görә, görüşdә  Münbiç mәsәlәsi müzakirә olunub.

Mәlumatda hәmçinin Mönbiçdә tәtbiq edilәcәk yol xәritәsi ilә bağlı müәyyәnlәşәn  tәhlükәsizlik prinsiplәrinin hәyata keçirilmәsi mövzusu әtrafında fikir mübadilәsinin aparıldığı bildirilib.

Qeyd edək ki, Türkiyə ilə Amerika Birləşmiş Ştatlarının  hәrbi rәsmilәri Münbiçdә tәtbiq edilәcәk yol xәritәsi mәsәlәsindә razılıq әldә edib.

ABŞ-ın Ştutqartdakı hәrbi qərargahında 12-13 iyun tarixlərində keçirilən iclasda әldә olunan razılaşma memorandumu müvafiq  orqanlara təqdim olunacaq.



Әlaqәli Xәbәrlәr