“Qəndilə genişmiqyaslı əməliyyat üçün İranla danışıqlar aparılır”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şimali İraqdakı Qəndilə genişmiqyaslı əməliyyat üçün İranla danışıqlar aparıldığını bildirib.

“Qəndilə genişmiqyaslı əməliyyat üçün İranla danışıqlar aparılır”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şimali İraqdakı Qəndilə genişmiqyaslı əməliyyat üçün İranla danışıqlar aparıldığını bildirib.

Çavuşoğlu “Bu işin bir əməliyyat, bir də diplomatiya tərəfi var. İranla da danışıqlar aparırıq” deyə bildirib.

Çavuşoğlu bunları xüsusi telekanallardan birinə verdiyi açıqlamada deyib.

“Sərhədimizin qarşı tərəfindəki bu təhdidi aradan qaldırmalıyıq. İraqda, harda olarsa olsun bu terroçuları məhv edəcəyik. Əsgərlərimiz, kəşfiyyatımız texniki baxımdan vacib olanları yerinə yetirir. Bunun bir də əməliyat tərəfi, bir də masada müzakirə məsələsi var. İranla da müzakirələri davam etdiririk. Onlar üçün də PKK/PJAK bir təhdiddir” deyib.

ABŞ ilə Türkiyə arasında razılıq əldə olunan Münbiç yol xəritəsilə əlaqəli suallara cavab verən Çavuşoğlu deyib ki, YPG-nin çəkilməsinin mənası tərk-silahdır. ABŞ silah verdi, bunu da gizlətmir, indi vermirəm deyir. Bölgədə sabitliyin olması üçün bu silahların geri alınması lazımdır. Birgə işləyib hansı addımlaın atılıb atılmadığını görəcəyik. Silahları verən geri alacaq. Yol xəritəsinin məqsədi ABŞ-ın vədini yerinə yetirməsidir. Artıq bu işləri ləngitmək yaxud topu taca atmaq yoxdur. Silahların geri alınmasında isə, D. Tramp silahların nömrəsinin olduğunu, onları geri alacaqlarını Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana söylədi.



Әlaqәli Xәbәrlәr