Türkiyә Hindistanda törәdilәn terror aktını qınadı

Dünәn Hindistanın şәrqindә Maocu üsyançılar tәrәfindәn yol kәnarına yerlәşdirilәn bombanın partlaması nәticәsindә 7 polis әmәkdaşı hәlak olmuşdu.

Türkiyә Hindistanda törәdilәn terror aktını qınadı

Türkiyә Hindistanın Çatisqarh ştatında törәdilәn terror aktını qınadı.

Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada deyilir: ‘‘Hindistanın Çatisqarh ştatında törәdilәn terror hücumu nәticәsindә  7 polis әmәkdaşının şәhid olması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Hücumu qınayır, hәlak olanların ailәlәrinә vә Hindistan xalqına dәrin hüznlә başsağlığı veririk’’.

Qeyd edәk ki, dünәn Hindistanın şәrqindә Maocu üsyançılar tәrәfindәn yol kәnarına yerlәşdirilәn bombanın partlaması nәticәsindә 7 polis әmәkdaşı hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr