Rəcəb Tayyib Ərdoğan bu gün Bosniya və Herseqovinaya səfər edəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu gün Bosniya və Herseqovinaya bir günlük səfər edəcək.

Rəcəb Tayyib Ərdoğan bu gün Bosniya və Herseqovinaya səfər edəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu gün Bosniya və Herseqovinaya bir günlük səfər edəcək.
 
 Ərdoğanı Sarayevo Beynəlxalq Hava Limanında Bosniya və Herseqovina Prezident Şurasının sədri Bəkir Izzətbeqoviç qarşılayacaq.
 
 Daha sonra Prezident Şurasında liderlərin təkbətək və heyətlərarası görüşləri keçiriləcək.
 
 Ərdoğan və İzzətbeqoviç görüşlərdən sonra birgə mətbuat konfransı keçirəcəklər.
 
Türkiyənin dövlət başçısı səfər çərçivəsində Avropalı Türk Demokratlar Birliyinin (UETD) 6-ci  toplantısının fəxri qonağı olacaq və toplantıda çıxış edəcək.
 
Ərdoğan Sarayevo Beynəlxalq Universitetinin ona fəxri doktor adının verilməsi ilə bağlı təşkil etdiyi mərasimə də qatılacaq.



Әlaqәli Xәbәrlәr