Ömər Çelik "New York Times"da dərc olunan yazıya reaksiya göstərdi

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik "New York Times"da dərc olunan yazıda fələstinli etirazçılarla bağlı işlədilən ifadələrə reaksiya göstərdi.

Çelik rəsmi Twitter hesabından bunu bölüşdü: "New York Times": "Çox sayda fələstinli etirazlar zamanı öldü" deyə yazır. Bu, kirli bir dildir. Doğru dil budur: "Çox sayda fələstinli İsrail əsgərləri tərəfindən qəsdən öldürüldü".

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın qəbul etdiyi qərar əsasında ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi bölgədə etirazlara səsəb olub.

İsrail əsgərləri etiraz etmək üçün mühasirədə olan Qəzza sərhədinə toplaşan fələstinlilərdən 62-ni şəhid edib, 2770-dən çoxunu yaralayıb.

İsrailin hücumuna sərt reaksiya göstərən Türkiyə şəhid fələstinlilər üçün 3 günlük milli matəm elan edib.

Әlaqәli Xәbәrlәr