Çavuşoğlunun Qəzza ilə bağlı həmkarlarıyla telefon danışığı davam edir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının səfirliyini Qüdsə köçürməsi və Qəzza sərhədində çıxan hadisələrlə bağlı fikir mübadiləsi aparmaq kimi həmkarları ilə telefon diplomatiyasını davam etdirir.

Çavuşoğlunun Qəzza ilə bağlı həmkarlarıyla telefon danışığı davam edir

  M.Çavuşoğlu Qəzzada son proseslərlə bağlı Qazaxıstan Xarici İşlər naziri Kayrat Əbdürəhmanov, Küveyt Xarici İşlər naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Səhər, Bruneyin Xarici İşlər və Ticarət ikinci naziri Lim Conq Senq (Lim Jock Seng), Maliyyə İşləri və Beynəlxalq Əməkdaşlıq naziri Timan Hubert Kulibali (Tieman Hubert Coulibaly), Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov, Liviya Milli Anlaşma Hökumətinin Xarici İşlər naziri Məhəmməd Taha Siala, Qırğızıstan Xarici İşlər naziri Erlan Abdıldayev, Mavritaniya Xarici İşlər naziri İsliko Vəlid Əhməd İzid Bih, İraq Xarici İşlər naziri İbrahim Cəfəri və Çad Xarici İşlər naziri Məhəmməd Zeyn Şəriflə ayrı-ayrılıqda telefonda danışıb.  

  Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın verdiyi qərara görə, ölkəsinin Təl-Əvivdəki səfirliyinin mayın 14-də rəsmən Qüdsə köçürməsi bölgədə hiddətə yol açıb. Üstəlik İsrail əsgərləri ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz üçün mühasirə altındakı Qəzza sərhədində keçirilən aksiyalara qatılan 62 fələstinlini şəhid edib, 3 minə yaxın fələstinlini yaralayıb.

  Onu da qeyd edək ki, İsrailin fələstinlilərə qarşı təcavüzünə sərt reaksiya göstərən Türkiyə şəhid fələstinlilər üçün 3 günlük matəm qərarı verib.



Әlaqәli Xәbәrlәr