Ərdoğan liderləri sülhün təməlini atmağa çağırdı

İstanbulda Qlobal Sahibkarlıq Konqresində iştirak və çıxış edən Ərdoğan: “Gəlin, bu dünyada yeni bir sülhün əsasını qoyaq”, - deyərək bombalamalarla can itkilərinə səbəb olan ölkələrə səsləndi.

Ərdoğan liderləri sülhün təməlini atmağa çağırdı

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünyada yeni bir sülhün təməlini atmağa çağırdı.

  İstanbulda Qlobal Sahibkarlıq Konqresində iştirak və çıxış edən Ərdoğan: “Gəlin, bu dünyada yeni bir sülhün əsasını qoyaq”, - deyərək bombalamalarla can itkilərinə səbəb olan ölkələrə səsləndi.

  Şənbədən bazara keçən gecə Suriyada kimyəvi silah istifadə edən Bəşər Əsəd rejiminə yönəlik Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında təşkil edilən hücuma da toxunan Ərdoğan dedi: “İnadla deyirlər ki, “kimyəvi silah istifadə etdikləri üçün vurduq”. Adi silahlarla ölənləri bir tərəfdə, kimyəvi silahlarla qətlə yetirilənlər bir tərəfdə, üstəlik də bu hücum. Belə ədalət olarmı?”

  Türkiyənin qaçqınlara bu günə qədər 31 milyard dollar xərclədiyini də diqqətə çatdıran R.T.Ərdoğan onu da söylədi ki: “Avropa İttifaqı qaçqınların ehtiyacları üçün Türkiyəyə 6 milyard avro vermək öhdəliyini üzərinə götürsə də, sözündə durnmadı. Biz isə inşanları zalımların insafına buraxmadıq, hər kəsə qapımızı açdıq. Bu hümanist mövqeyimizdən heç vaxt geri çəkilmədik. Əksinə, ölkəmizə qaçqınların gəlmə səbəbi, təhdid mənbəyi terror təşkilatlarının üzərinə qətiyyətlə getdik".



Әlaqәli Xәbәrlәr