Baş naziri Binəli Yıldırım sabah Bakıya rəsmi səfərə gedəcək

Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Ələyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşəcək.

Baş nazir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq, forum çərçivəsində keçiriləcək “Güc: Böyük güclər və başqaları” mövzusunda paneldə çıxış edəcək.

O, xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçirəcək.

Baş naziri Bakıya səfəri zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, mətbuat nümayəndələri və iş adamları müşayiət edəcək.

Әlaqәli Xәbәrlәr