"Dediklərimizin bütün isbatları əlimizdədir", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının verdiyi sözlərə deyil, etdiklərinə baxacaqlarını söylədi.

"Dediklərimizin bütün isbatları əlimizdədir", R.T.Ərdoğan

  Ədalət və İnkişaf Partiyasının (AK Partiyası) sədri Ərdoğan AK Partiyanın Ankara VI Konqresində çıxış edərək deyib: “ABŞ PKK/KCK/PYD-YPG terrorçularını dəstəkləməyəcəyi və Suriyanın Münbiç bölgəsini boşaldacaqlarını dəfələrlə söyləyib, amma verdiyi bu sözlərə əməl etmir. Söz, əlbəttə, əhəmiyyətlidir, qiymətlidir. Amma biz həm də əsl nəticəyə baxırıq. Ona görə həm müzakirələr aparırıq, həm də əməliyyatlara davam edirik. Afrindəki Zeytin Budağı Hərəkatı müvəffəqiyyətlə gedir. PKK-sı, DAEŞ-i, PYD-si - hamısı basdırılır. Biz nə dedik: bunları qazdıqları çuxurlarda basdıracağıq. Belə də davam edirik. Ya buraları buraxıb gedəcəklər, ya da silahları basdıracaqlar… Türkiyə səmimi olaraq gündəmdəki məsələləri sakit diplomatiya yolu ilə həll etməyin tərəfdarıdır. Amma terror təşkilatlarına dəstəklərdən vaz keçilsin. Biz ABŞ-a dedik: “Gəl Rakkaya birlikdə girək. Strateji ortağıq. Bir terror təşkilatı - PYD, YPG ilə digər terror təşkilatı məhv edilə bilməz. Amma əksinə, terrorçulara təslim edilən minlərlə yük maşınlı və təyyarə dolusu silah və hərbi təlimlər gördük. Bu siyasətdən imtina edilməlidir. Dediklərimizin bütün isbatları əlimizdədir".



Әlaqәli Xәbәrlәr