• Video Qalereya

"... Bu dəzgahları parçalamaqdan başqa çarəmiz yoxdur", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan AK partiyanın Eskişehir VI Rayon Konqresində iştirak və çıxış edib.

"... Bu dəzgahları parçalamaqdan başqa çarəmiz yoxdur", R.T.Ərdoğan

  R.T.Ərdoğan çıxışında Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində PKK/KCK/PYD-YPG və DEAŞ-a mənsub terrorçuları zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başlanan Zeytun Budağı Hərəkatına toxunaraq deyib:

  “Türkiyə bu gün həm ölkə içində, həm də sərhədləri xaricində tarixinin ən gərgin mübarizələrindən birini aparır. Fətullahçı Terror Təşkilatı (FETÖ), DEAŞ, PKK, YPG kimi terror təşkilatlarına qarşı mübarizə təkcə bu günümüz deyil, gələcəyimiz üçün də həyati əhəmiyyət daşıyır. Ölkəmizin gələcəyini əsir almağa yönəlik çirkli dəzgahları parçalamaqdan başqa çarəmiz yoxdur… 24 avqust 2016-cı il tarixində Suriyanın şimalında başlayan Fərat Qalxanı hərəkatı ilə bölgəni terrordan təmizlədik. Afrində də eynisini edəcəyik. Türkiyə regionda terrorla mübarizə aparır, heç kim etnik kimlik üzərindən millətimizin arasında fitnə yaratmasın, buna imkan vermərik… Bizə hücum edənlərə qarşı biz Osmanlı şilləsi vurarıq. Yox, o terrorçular bizə hücum edəcək, Kilis və Hatayda 100-ə yaxın qardaşımız şəhid olacaq, biz isə o biri yanağımızı da uzadacağıq ki, “gəl, buna da vur”?..  Türkiyənin həm öz hədəfləri var, həm də qlobal ədalət mübarizəsinin bayraq daşıyanıdır… Türkiyə məzlumların sığınacağı, zalımların qorxulu yuxusudur.”



Әlaqәli Xәbәrlәr