Mövlud Çavuşoğlu ABŞ-ı Türkiyəyə qarşı məsuliyyətlərini yerinə yetirməyə çağırdı

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Türkiyəyə qarşı məsuliyyətlərini yerinə yetirməyə çağırdı.

Mövlud Çavuşoğlu ABŞ-ı Türkiyəyə qarşı məsuliyyətlərini yerinə yetirməyə çağırdı

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ı Türkiyəyə qarşı məsuliyyətlərini yerinə yetirməyə çağırdı.

Çavuşoğlu Küveytdə “DEAŞ-la Mübarizə Beynəlxalq Koalisiya Xarici İşlər Nazirləri yığıncağı”ndan sonra TRT-yə müsahibə verdi.

Müsahibədə ABŞ-ın terror təşkilatı PKK/KCK/PYD-YPG-yə verdiyi dəstəyi vurğulayan Çavuşoğlu DEAŞ ilə mübarizə adı arxasında terror təşkilatına verilən dəstəyin dayandırılmasını istədi.

“Artıq millət ABŞ-ı dost kimi görmür” deyən Çavuşoğlu “müttəfiq kimi vacib olanı yerinə yetirin” çağırışı etdi.  

Tillersonun bugünkü açıqlamasında Türkiyənin narahatlıqlarını anladıqlarını bildirərək müsbət bəyanat verdiyini xatırladan Çavuşoğlu artıq bu cür müsbət bəyanatları, tətbiqdə də görmək istədiklərini söylədi.

ABŞ-ın DEAŞ ilə mübarizə adı arxasında Suriyanın Münbiç bölgəsinə terorçuları yerləşdirdiyini vurğulayan Çavuşoğlu ABŞ-ın DEAŞ təmizləndikdən sonra PKK/KCK/PYD-YPG üzvü terrorçuların bölgəni boşaldacaqları və terrorçulara artıq silah verməyəcəklərinə dair vədləri xatırlatdı.

Cümə axşamı günü Reks Tillersonun paytaxt Ankaraya edəcəyi səfəri də dəyərləndirən Çavuşoğlu dedi ki, ABŞ-ın bizə verdiyi sözün üstündə dayanmasını istəyirik. Artıq millətimiz ABŞ-ı dost kimi görmür. ABŞ-ın atdığı addımlar nəticəsində inamımız yox oldu. Əgər bizi həqiqətdən müttəfiq kimi görürlərsə, səmimidirlərsə nə lazımdırsa yerinə yetirsinlər. Ankaraya ediləcək səfər kritik olacaq. Əlbəttə ilk növbədə əlaqələrimizin düzəlməsini istəyirik. İki seçim var. Ya əlaqələri düzəldəcəyik yaxud pozulacaq, amma təbii ki əlaqələrin düzəldilməsinə səy göstəriləcək.  



Әlaqәli Xәbәrlәr