"DEAŞ digər terror təşkilatları ilə əməkdaşlıq edir", M.Çavuşoğlu

M.Çavuşoğlu “DEAŞ-la Mübarizə Beynəlxalq Koalisiya Xarici İşlər Nazirləri yığıncağı”nda mətbuata qapalı çıxış edib.

"DEAŞ digər terror təşkilatları ilə əməkdaşlıq edir", M.Çavuşoğlu

“Suriyanın Afrin bölgəsində PKK/KCK/PYD-YPG ilə DEAŞ mənsubu terrorçular Türkiyə Silahlı Qüvvələrinə qarşı terror hücumlarında birlikdə hərəkət edirlər”.

Çavuşoğlu bunu “DEAŞ-la Mübarizə Beynəlxalq Koalisiya Xarici İşlər Nazirləri yığıncağı”nda mətbuata qapalı etdiyi çıxışı zamanı deyib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Çavuşoğlu çıxışında  Türkiyənin terrorla mübarizəyə verdiyi dəstəyini və DEAŞ, PKK/KCK/PYD-YPG və digər terror təşkilatları ilə mübarizədə beynəlxalq ictimaiyyətdən gözləntilərini bir daha səsləndirib.

Nazir terrorla mübarizədə məğlub olan DEAŞ-ın yeni taktika ilə PKK/KCK/PYD-YPG daxil digər terror təşkilatları ilə əməkdaşlıq etdiyini və bunun nümunəsini Suriyanın Afrin bölgəsində gördüklərini dilə gətirib.

Çavuşoğlu “Zeytun budağı” əməliyyatında PKK/KCK/PYD-YPG ilə yanaşı DEAŞ mənsubu terrorçuların da Türkiyə Silahlı Qüvvələrini hədəfə aldığını vurğulayıb.

DEAŞ-la mübarizə üçün koalisiya daxilində eyni məqsədlə və birgə hərəkətin əsas olduğunu bildirən Çavuşoğlu xüsusilə ABŞ-ın səsləndirdiyi “Sərhəd Təhlükəsizliyi Qüvvəsi” kimi təktərəfli addımların koalisiyanın ruhuna zidd olduğuna diqqət çəkib.

Türkiyənin DEAŞ-la mübarizəyə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə ciddi töhfəsinin olduğunu bildirən nazir qeyd edib ki, bunun müqabilində minnətdarlıq deyil qanuni təhlükəsizliklə əlaqəli təşvişlər ön plana çəkildi. Bu çərçivədə əsassız tənqidlər yönəldilməməsini gözləyirik.  



Әlaqәli Xәbәrlәr