"Artıq her şeyi açıq-aşkar danışmağın vaxtı gəlib çatıb", R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın terror təşkilatı PKK/KCK/PYD/YPG-yə silah yardımı qərarının Türkiyənin də bu ölkəyə qarşı qərarlarına təsir edəcəyini bildirdi.

"Artıq her şeyi açıq-aşkar danışmağın vaxtı gəlib çatıb", R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın terror təşkilatı PKK/KCK/PYD/YPG-yə silah yardımı qərarının Türkiyənin də bu ölkəyə qarşı qərarlarına təsir edəcəyini bildirdi.

Ərdoğan bunu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup yığıncağında deyib.

Ərdoğan çıxışında ABŞ-ın terrorla mübarizəsindəki “ikiüzlülüyünü” vurğulayıb və əsrlərdir dövlət ənənəsinə sahib olan Türkiyənin terrorla mübarizə mövzusunda nə lazımdırsa yerinə yetirəcəyəni bildirib.

Dövlət başçısı ABŞ-ı NATO üzvlüyü və müttəfiqliyinə əsaslanan məsuliyyətlə  hərəkət etməyə çağırıb.

ABŞ-ın həm PKK/KCK/PYD-YPG ilə həm də DEAŞ-la əməkdaşlıq etdiyini vurğulayan Ərdoğan “Neçə DEAŞ-lını məhv etdiniz, neçəsini başqa yerlərə göndərdiniz? Ortada heç bir reallıq, qəbul edilə biləcək heç bir hadisə yoxdur. Biz bölgədə kim-kiminlə birlikdədir, kim nə edir, kimə hansı imkanlar təmin edildilir, tam aydın şəkildə bilirik. Artıq heç kəsin DEAŞ bəhanəsindən istifadə etmə haqqı yoxdur. Suriya və İraqdakı DEAŞ teatrı artıq sona çatıb. Bunların PKK-lı olmadığına dair dəlil görmədik deyənlər kor yaxud axmaq deyillərsə, niyyətləri qərəzlidir” deyib.

Ərdoğan bölgədə terorçularla birlikdə görünən ABŞ-lı komandirlərin açıqlamalarına reaksiya göstərib və deyib ki, “Bizi vurarlarsa, cavab verərik”, dəyənlər, görünür ömrü boyu Osmanlı şapalağı yeməyiblər. Onlar öz hərəkətləri ilə bunu açıq-aşkar büruzə verirlər. Deyəsən, onlar Türkiyəni başqaları ilə səhv salıblar. Bunun bələ olmadığını çox yaxınlarda görəcəklər.  Elə o vaxt terrorçuların yanında olmasalar onlar üçün daha yaxşı olduğunu başa düşəcəklər.

ABŞ vetəndaşlarına da müraciət edən Ərdoğan bildirib ki, ABŞ-ın bütçəsindən (terror təşkilatına yardım üçün) ayrılan bu vəsait ABŞ xalqının cibindən çıxır. Bu barədə ABŞ xalqının həssaslığını da gündəmə gətirmək istəyirik. Hazırda milli büdcədən belə bir vəsaitin ayrılması mənalıdır. Artıq her şeyi açıq-aşkar danışmağın vaxtı gəlib.

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində “PKK/KCK/PYD-YPG və DEAŞ-a mənsub tərrorçuları zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yahvarın 20-də başlatdığı “Zeytun budağı” əməliyyatını qara yaxmağa cəhd edən dairələrə də müraciət edən Ərdoğan deyib ki, bu əməliyyata görə hələ də ölkəmizi ittiham edənlər əvvəl bölgədəki tunellərə, qüllələrə başdan-ayağa silanlandırılmış kəndlərə baxsınlar. Əgər bu mənzərə qarşısında yenə də bütün bu hazırlıqların ölkəmizə qarşı olmadığını irəli sürənlər varsa artıq onlara deyəcək sözümüz yoxdur.



Әlaqәli Xәbәrlәr