Zeytun Budağı Hərəkatı quru əməliyyatına başladı

Bunu Türkiyənin Baş nazir Binəli Yıldırım deyib.

Zeytun Budağı Hərəkatı quru əməliyyatına başladı

  Türkiyənin Baş nazir Binəli Yıldırım deyib: "Zeytun Budağı Hərəkatı yanvarın 21-i quru əməliyyatına başlayır”.

  Ankara Çankaya Köşkündə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli ilə görüşündən sonra açıqlama verib. O deyib: “Hərəkatın ilkin mərhələsi Türkiyə Hava Qüvvələri tərəfindən həyata keçirildi, hədəflərin, demək olar ki, əksəriyyəti məhv edildi. Səhərdən quru hərəkatı başlayacaq. Afrində yaşayan ərəb, kürd, türkmən qardaşlarımızı terror təşkilatlarının təzyiqindən xilas etmək bu hərəkatın mühüm hədəfidir. Afrin hərəkatında iştirak edən minlərlə qəhrəmanımız bilməlidir ki, 80 milyonun duası onlar üçündür… Türkiyə Silahlı Qüvvələri sərhəd təhlükəsizliyi və bölgədə sabitliyi təmini üçün Suriyanın şimal-qərbindəki Afrin bölgəsindədir… Zeytun Budağı Hərəkatı çərçivəsində müxtəlif birliklərdən sövq edilən 14 mərmi və 7 tank yüklü yük maşını Hatay vilayətinin Hassa rayonuna çatıb. Tank və mərmilər Suriya sərhədində yerləşən qoşunlara kömək məqsədilə göndərilir.”

  Sonra Binəli Yıldırım Baş Qərargaha yollanıb, ordu başçısı general Hulusi Akar və komandirlərdən əməliyyatla bağlı məlumat alıb.



Әlaqәli Xәbәrlәr