"Biz dünyanı ayağa qaldıra bildik", R.T.Ərdoğan

Bingöl rayonunda AK Partiyanın VI Fövqəladə Konqresində iştirak edən R.T.Ərdoğan deyib.

"Biz dünyanı ayağa qaldıra bildik", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkənin həssaslıqları nəzərə alınmadan atılacaq bütün addımların gec-tez müvəffəqiyyətsizliyə uğrayacağını söyləyib.

  AK Partiyanın Bingöl Rayon VI Fövqəladə Konqresində iştirak edən Ərdoğan çıxışında Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyə mübarizə aparıldığını bu sözlərlə bildirib: "Türkiyəni heç bir güc bölə, parçalaya bilməz. Görürsünüz, bizə qalib gələ bilmirlər, bilməyəcəklər də. 15 İyul hadisəsində belə bu milləti susdura, qorxuda bilmədilər. Bu millət ölüm qusan təyyarə və tanklara baxmayaraq, müstəqilliyindən vaz keçmədi… Türkiyənin milli təhlükəsizliyini maraqlandıran bütün məsələlərdə həm masada, həm də meydanda varıq."

  Ərdoğan çıxışı zamanı Türkiyənin hər zaman məzlumların yanında olduğunu da vurğuladı: "Biz Qüdsdə də onlara çıxdıq. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında nə baş verirsə verisn, biz sülh və sabitliyi təmin etmək üçün dünyanı ayağa qaldıra bildik və bütün qüvvəmizi səfərbər etdik".



Әlaqәli Xәbәrlәr