"Hər kəs inamla, məhəbbətlə vətənimizə yiyə durmalıdır", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən “Həzrəti Mövlanənin 744-cü Vüslət İldönümü Proqramı”nda iştirak edib.

"Hər kəs inamla, məhəbbətlə vətənimizə yiyə durmalıdır", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən “Həzrəti Mövlanənin 744-cü Vüslət İldönümü Proqramı”nda iştirak edib.

Dövlət başçısı tədbirdə etdiyi çıxışda könülləri bir Şəb-i Ərus ilə bir daha görüşdürən, buna imkan yaradan hər kəsə minnətdarlığını bildirərək, vəfatının 744-cü ildönümündə Mövlanə Cəlaləddin-i Rumini hörmətlə və rəhmətlə yad etdiyini bildirib.

Mövlanənin sözlərinin yaxşı başa düşülməsinin vacibliyini dilə gətirən dövlət başçısı Ərdoğan deyib ki, hər kəs inamla, məhəbbətlə vətənimizə yiyə durmalıdır. Bizim qətiyyətli mövqeyimiz qarşısında vətənimizə zərər verməyə heç kəsin gücü çata bilməz. Bəzi rejimlər çəllək bombaları ilə, ballistik raketlərlə məhv etmə və qətliamla hakimiyyətini qoruya biləcəyini zənn edə bilər. Bəzi qüvvələr müsəlmanların həssaslıqlarını gözdən yayındıraraq və hətta xüsusilə onları təxrib edərək səbrimizi sınaya bilər, amma Mövlanə Həzrətləri bizə təzyiqlə gələcəyini yaradanların, qərəzli düşüncələr və şiddətlə hakimiyyəti xəyal edənlərin nə qədər böyük bir qəflət içində olduqlarını çox dəqiq şəkildə dilə gətirir.

“Hər kəs inamla, məhəbbətlə vətənimizə yiyə durmalıdır. Bizim qətiyyətli mövqeyimiz qarşısında vətənimizə xələl gətirməyə heç kəsin gücü çata bilməz” deyə dövlət başçısı Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr