Ərdoğan: "Haqqı sona qədər hayqırmağa davam edəcəyik"

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Yalova Konqresində çıxış etdi.

Ərdoğan: "Haqqı sona qədər hayqırmağa davam edəcəyik"

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Yalova Konqresində çıxış etdi.

 Ərdoğan çıxışında: "Birləşmiş Mİllətlər Təşkilatı və BMT Təhlükəsizlik Şurası, nə lazımdırsa, edəcəksiniz. Etməsəniz hüquq çərçivəsində müvafiq tədbirlər görülməsinə məcbur edəcəyik"- dedi.

 Ərdoğan İsrail əsgərləri tərəfindən nəzarətə götürülən 14 yaşlı Fevzi Əl-Junidi adlı fələstinli uşağın gözləri bağlı halda aparıldığını əks etdirən fotonu göstərdi, 20 nəfər terrorçu İsrail əsgərinin o uşağa təpik ataraq, ağzını və burnunu qana bulayaraq sürüdüyünü  söylədi.

 Prezident İsrail əsgərlərinin  anasının qucağındakı körpəyə baxmayaraq silahın qundağı ilə anaya vurduqlarını, daun sindromlu gəncə zülm etdiklərini xatırlatdı, sona qədər haqqı hayqırmağa  davam edəcəklərini bildirdi.

 Ərdoğan bu çağırışın yalnız Türkiyəyə deyil, BMT-yə üzv olan 196 ölkənin hamısına aid olduğunu qeyd etdi və "dünya beşdən böyükdür" etirazını ucadan deməyə davam edəcəklərini söylədi.



Әlaqәli Xәbәrlәr