“Amerikalı məsləhətçinin iddiaları heyrətamiz, əsassız və qəbuledilməzdir”

Türkiyə amerikalı məsləhətçinin iddialarının heyrətamiz, əsassız və qəbuledilməz olduğunu bildirdi.

“Amerikalı məsləhətçinin iddiaları heyrətamiz, əsassız və qəbuledilməzdir”

Türkiyə amerikalı məsləhətçinin iddialarının heyrətamiz, əsassız və qəbuledilməz olduğunu bildirdi.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, ABŞ Milli Təhlükəsizlik üzrə məsləhətçisi H.R.McMasterın beyin mərkəzlərindən birinin dekabrın 12-də təşkil etdiyi yığıncaqdakı çıxışında ölkəmizi və hökumətimizi hədəf götürən ifadələri dilə gətirdiyi təəssüflə öyrənildi. Ölkəmizin terror və radikalizmin hər növü ilə necə mübarizə apardığını ən yaxşı başa düşməsi lazım gələn bir postu tutan McMasterin həqiqətlə əlaqəsi olmayan iddiaları heyrətamiz, əsassız və qəbuledilməzdir. Dost və müttəfiq olaraq görməkdə davam ətdiyimiz ABŞ-ın ölkəmizə həmin şəkildə yanaşma sərgiləməsi və nə olarsa olsun (terror təşkilatı PKK-nın davamı) YPG kimi terror təşkilatlarına dəstəyi kəsərək, ənənəvi tərəfdaşlıq əlaqələrimiz və beynəlxalq qanunlara uyğun şəkildə ölkəmizin qətiyyətli şəkildə davam etdirdiyi terror və radikalizmlə mübarizəsinə daha konkret və təsirli dəstək verməsini gözləyirik.

Qeyd edək ki, McMaster həmin çıxışında Türkiyənin radikal ideologiyalara dəstək verdiyini irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr