İzmirdəki FETÖ hücrəsi basıldı

İzmirdə FETÖ adına pul yığan, bu terror təşkilatının başçısı Fetullah Güləndən gələn əmrlərlə hərəkət etdikləri müəyyən olunan yeni bir hücrə basılıb.

İzmirdəki FETÖ hücrəsi basıldı

  İzmir Rayon Prokurorluğunun FETÖ-nün hərəkət və fəaliyyətinin ifşasına qarşı apardığı istintaqa əsasən polis dəstələri tərəfindən İzmirdə hazırda aktiv çalışan adamlar müəyyən edilib. Məlum olub ki, “Qaybubet evləri" adlanan bu hücrələrdə saxta sənədlərlə təşkilatın bir çox əməkdaşı yaşayır. İzmirin 10 qəsəbəsində 60 ünvanda aparılan əməliyyat zamanı haqlarında tutulma qərarı verilən 53 şübhəlinin 44-ü saxlanılıb. Digərləri axtarışdadır.

 Şübhəlilərin evlərində aparılan əməliyyatlarda çox sayda təşkilati proqram, rəqəmsal material, 54 min dollar və 115 min lirə ələ keçirilib. Təşkilat üzvlərinin lüks həyat sürdüyü, adambaşına aylıq xərclərinin təxminən 40 min lirə olduğu, villa ev icarəyə götürdükləri, lüks restoran və kafelərdə yüksək rəqəmlərdə xərclər etdikləri, lüks avtomobillərə mindikləri, bahalı patlar geyindikləri müəyyən edilib.

 Şübhəlilər İzmir Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinə aparılıb.



Әlaqәli Xәbәrlәr