Bu, 65 ildə sonra Yunanıstana ilk səfər olacaq

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Yunanıstana rəsmi səfər edəcək.

Bu, 65 ildə sonra Yunanıstana ilk səfər olacaq

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Yunanıstana rəsmi səfər edəcək.

Bunu baş nazirin müavini Hakan Çavuşoğlu bildirib.

Çavuşoğlu səfər zamanı üç konkret layihənin müzakirə oluncağını, bunlardan birincisinin İzmirdən Səlanik şəhərinə insan və yük nəqliyyatına dair bərə səfərləri olacağını, ikincisinin İstanbuldan Səlanikə sürət qatarının istifadəyə verilməsi, üçüncüsu isə Kipi və İpsala gömrük keçid məntəqələrinə körpü tikilməsinin olduğunu deyib. 

Çavuşoğlu Dövlət başçısı Ərdoğanın Yunanıstana reallaşdıracağı səfərin iki ölkə arasındakı əlaqələri daha yüksək səviyyəyə aparıb çıxaracağını da sözlərinə əlavə etmişdir. 

Qeyd edək ki, bu, Türkiyə  Dövlət başçısının son 65 ildə Yunanıstana ilk səfəri olacaq.



Әlaqәli Xәbәrlәr