Soçi toplantısının detalları bəlli oldu

Görüşdə Suriyada zorakılığın azaldılması, deeskalasiya zonalarındakı fəaliyyətlər və terrorla mübarizə məsələləri müzakirə olunacaq.

Soçi toplantısının detalları bəlli oldu

Bu günTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçı Vladimir Putin və İran prezidenti Həsən Ruhani Soçidə görüşürlər.

Üç ölkənin dövlət başçısı Suriyadakı son prosesləri müzakirə edəcəklər.

Türkiyə Prezident Aparatı Mətbuat Mərkəzindən verilən məlumata görə, görüşdə Astana danışıqları nəticəsində Suriyada zorakılığın azaldılması, deeskalasiya zonalarındakı fəaliyyətlər və Suriyada terrorla mübarizə məsələləri müzakirə olunacaq.

Toplantıda, eyni zamanda, humanitar yardımların çatdırılmasından və Suriyada siyasi həlllə bağlı BMT Təhlükəsizlik Şurası qərarnaməsi çərçivəsində keçirilən Cenevrə danışıqlarına üç zəmanərçi ölkənin verə biləcəyi töhfələrdən də danışılacaq.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Hulusi Akar da Soçidə həmkarları ilə üçtərəfli görüşdə iştirak etdi.

Toplantıda hərbi və təhlükəsizlik məsələləri dəyərləndirildi, bölgədəki risklər təhlil edildi.

İki toplantıdan sonra hazırlanan hesabatlar liderlərin masasında olacaq.

Türkiyə prezidenti Ərdoğan Soçi toplantısı çərçivəsində İran prezidenti Ruhani ilə ikitərəfli görüş keçirəcək.

 

 



Әlaqәli Xәbәrlәr