Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Küveytdə səfərdədir

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Sabah əl-Cabir əs-Sabahın dəvətilə adı çəkilən ölkədə səfərdədir. (Yenilənib)

erdogan-ganim.jpg

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Sabah əl-Cabir əs-Sabahın dəvətilə adı çəkilən ölkədə səfərdədir.

Ərdoğan dünən gecə saatlarında Küveytə getdi və adı çəkilən ölkən Baş nazirinin müavini və Xarici İşlər naziri Əl Halid Əl Sabah tərəfindən qarşılandı.

Ərdoğan bugün ilk olaraq Milli Məclis sədri Mərzuk Əl Qanimi və Baş nazir Şeyx Cabir əl-Mübarək əl-Hamad əs-Sabahı ayrı-ayrılıqda qəbul edib.

Qəbullar mətbuata qapalı baş tutub.

Dövlət başçısı Ərdoğan daha sonra Bəyan sarayında Küveyt Əmiri Şeyx əs-Sabah tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Mərasimdən sonra Ərdoğan və Şeyx Sabahın heyətlər arasında və təkbətək görüşləri baş tutub.

Daha sonra Dövlət başçısı Ərdoğan və Küveyt Əmiri Şeyx əs-Sabahın hüzurunda iki ölkə arasında "İdman sahəsində əməkdaşlıq sazişi", "Birbaşa yatırımın təşviqinə dair sənəd" və "Elm və Texnologiya sahəsində əməkdaşlığa dair protokol" imzalanıb.

Dövlət başçısı Ərdoğan Küveydən sonra Qətərə gedəcək.



Әlaqәli Xәbәrlәr