Baş nazir Binəli Yıldırım terror təşkilatları ilə qərəzli bazarlıq edilməsinə sərt reaksiya göstərdi

Terror təşkilatları PKK/PYD ilə DEAŞ arasındakı əməkdaşlığa reaksiya göstərən baş nazir Rakkadakı bu əməkdaşlığı biabırçılıq olaraq qiymətləndirib.

Baş nazir Binəli Yıldırım terror təşkilatları ilə qərəzli bazarlıq edilməsinə sərt reaksiya göstərdi

Baş nazir Binəli Yıldırım Ədalət və İnkişaf Partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edib.

Terror təşkilatları PKK/PYD ilə DEAŞ arasındakı əməkdaşlığa reaksiya göstərən baş nazir Rakkadakı bu əməkdaşlığı biabırçılıq olaraq qiymətləndirib.

Bir terror təşkilatı ilə başqa bir terror təşkilatını yox etmək üçün mübarizənin axmaq iş olduğunu vurğulayan Baş nazir Yıldırım deyib ki, Rakkadan çıxan silahlar ilə sərbəst buraxılan DEAŞ mənsubları başda Türkiyə, ABŞ, Avropa olmaqla dünyanın hər tərəfində yeni terror aktları törədəcəklər.

Terror mövzusunda ikili standart ortaya qoyan Qərb ölkələrinə reaksiya göstərən Yıldırım “belə davam etsəniz bir gün siz də bu bəla ilə üzləşəcəksiniz. Terror təşkilatlarına qarşı dövlətlərin əməkdaşlığı əhəmiyyətlidir, terrorla əməkdaşlıq edərək heç nəyi həll edə bilməzsiniz” deyib.

Qeyd edək ki, “BBC” dünən DEAŞ üzvü yüzlərlə terrorçu ilə ailələrinin ABŞ-İngiltərə rəhbərliyindəki beynəlxalq koalisiyanın nəzarətində terror təşkilatı PKK/PYD ilə razılaşaraq oktyabr ayında Rakkanı konvoylar halında  tərk etdiyi kadrları yaymışdı.



Әlaqәli Xәbәrlәr