Türkiyə Silahlı Qüvvələri terrorla mübarizəsini aramsız davam etdirir

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalındakı terror təşkilatı PKK düşərgələrinə istiqamətli hava əməliyyatında  zərərsizləşdirilən terrorçu sayının 50-ni ötdüyü bildirilib.

Türkiyənin özünə məxsus milli aparatlarla yerləri aşkarlanan terror düşərgələrinə qarşı aparılan əməliyyatın təşkilat üzərində ciddi təzyiq təsiri yaratdığı, bunun isə təşkilata ciddi ziyan dəyməsində rol oynadığı vurğulanıb.

İraqın şimalındakı PKK düşərgələrinə qarşı noyabrın 3-də  aparılan hava əməliyyatında 27 terrorçunun zərərsizləşdirildiyi açıqlanmışdı.

Hava əməliyyatında 2 silah-sursat anbarı, 4 zirəhli texnika və 2 “doçka” silahının məhv edildiyi, terrorçuların təlim sahələri və nəzarət yerlərinin vurulduğu bildirilmişdi.

Әlaqәli Xәbәrlәr