“Qazi Mustafa Kamal Atatürk Türk Millətinin istiqlalının simvoludur”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qazi Mustafa Kamal Atatürkün Türk Millətinin istiqlalının simvolu olduğunu söylədi.

“Qazi Mustafa Kamal Atatürk Türk Millətinin istiqlalının simvoludur”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qazi Mustafa Kamal Atatürkün Türk Millətinin istiqlalının simvolu olduğunu söylədi.

Dövlət başçısı Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk vəfatının 79-cu ildönümündə Beştəpə Milli  Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən mərasimdə çıxış edib.

Çıxışında keçən əsrin gərgin dövründə hər ölkənin özünə görə bir lider ortaya çıxardığını və azadlığa qovuşma yollarını onun liderliyində axtardığını bildirən Ərdoğan deyib ki, bu liderlərdən xeyli azı ölkəni arzulanan zəfərlərə, uğurlara qovuşdura bildi. Heç şübhə yoxdur ki, Atatürk elə bu liderlərdən biridir.

Dövlət başçısı Atatürkün könül coğrafiyasına verdiyi əhəmiyyətə toxunaraq bildirib ki,  könül coğrafiyası sərhədlərinin müəyyən edildiyi 1920-ci ildə elan edilən “Misak-ı Milli” (milli and) ilə Suriya və İraqda baş verənlər birbirindən ayrı düşünülə bilməz. Biz “Misak-ı Milli”mizə yenidən yiyə durmalıyıq. Bizim cənub sərhədlərimizi də əhatə edən “Misak-ı Milli” sərhədlərimizdən əgər naharat ediliriksə, əgər o sərhədlər içində ölkəmizə hücumlar olursa, bu məqamda “Buyurun davam edin” demək üstünlüyümüz yoxdur.

Suriyanın şimalında xarici qüvvələrin də təşəbbüsü ilə qurulmağa cəhd edilən terror koridoruna diqqət çəkən Ərdoğan bölgəni atəşə tutaraq dilim-dilim bölənlərin, Türkiyəni də həmin prosesə daxil etmək istəyənlərin həvəslərini puça çıxaracaqlarını söyləyib.

Xarici qüvvələrin Orta Şərq coğrafiyasını parçalama təşəbbüslərinə işarə edən Ərdoğan “Son dövrdə üzərimizə elə bil hücum etdilər ki, əllərindəki bütün imkanların axırına çıxardılar. Artıq ifşa olublar. Sərhədlərimiz boyunca yaradılmağa cəhd göstərilən terror koridorunun məqsədi və aktyorları ifşa oldu. Bu qədər oyunu pozan Türkiyənin qarşısında  artıq başqa-başqa imkanlar, üfuqlar var” deyib.



Әlaqәli Xәbәrlәr