Mustafa Kamal Atatürkü vəfatının ildönümündə hörmətlə yad edirik

Bu gün Türkiyə Cümhuriyyətinin banisi və ilk dövlət rəhbəri Mustafa Kamal Atatürkü vəfatının ildönümündə bir daha sevgi və hörmətlə yad edirik.

Çanaqqala  müharibəsində O,  böyük şücaət göstərdi. Mustafa Kamal Atatürk  1-ci Dünya Müharibəsi nəticəsində  Osmanlı İmperiyasının  məğlub sayılması və ölkə ərazilərinin qalib ölkələr  tərəfindən  işğal edilməyə başlamasından sonra  Türk millətinə liderlik edərək Qurtuluş Mübarizəsini  başlatmışdır.

Qurtuluş müharibəsinin Lozannada imzalanan sülh müqaviləsi ilə  sona çatması nəticəsində Türkiyə Cumhuriyəti quruldu  və Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin ilk Cümhurbaşqanı oldu.

Daha sonra Mustafa Kamal Atatürk  həyata keçirdiyi inqilablarla  müasir cəmiyyətin formalaşmasına böyük töhfələr verdi.

Bu gün Türkiyə Cümhuriyyətinin  banisi və ilk Dövlət rəhbəri  Mustafa Kamal Atatürkü  bir daha məhəbbətlə və rəhmətlə anırıq.

Әlaqәli Xәbәrlәr