Binәli Yıldırım Antonio Quterreşlә görüşdü

Türkiyәnin baş naziri Binәli Yıldırım ABŞ-da keçirdiyi görüşlәri çәrçivәsindә BMT-nin baş katibi Antonio Quterreşlә BMT-nin Mәrkәzi Qәrargahında görüşdü.

Binәli Yıldırım Antonio Quterreşlә görüşdü

 

Türkiyәnin baş naziri Binәli Yıldırım ABŞ-da keçirdiyi görüşlәri çәrçivәsindә BMT-nin baş katibi Antonio Quterreşlә BMT-nin Mәrkәzi Qәrargahında görüşdü.

Mәlumata görә, görüş mәtbuata qapalı keçirildi. Görüşdәn sonra jurnalistlәrә açıqlama verәn Binәli Yıldırım görüşdә müzakirә olunan mövzulara toxundu.

"Türkiyənin ətrafında mövcud olan qeyri-sabitliyin  doğurduğu nəticələrin və köçlәrin, qaçqın böhranının ortaya qoyduğu yükün Türkiyə tərəfindən  böyük fədakarlıqla qarşılandığını cənab baş katib ifadə etdi. Bizim  gözləntimiz BMT-yә üzv ölkələrin bu yükə şәrik olmalarıdır",- deyә Türkiyәnin baş naziri qeyd etdi.

Baş nazir görüşdә hәmçinin Kıbrıs, Liviya, İraq vә Suriya  mәsәlәlәrinin dә müzakirә olunduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr