"Atatürkün liderliyində qazanılan zəfərlər müstəqilik mübarizəsi aparanlara ilham mənbəyi oldu"

Baş nazir Binəli Yıldırım Qazi Mustafa Kamal Atatürkün vəfatının 79-cu ildönümü münasibətilə mesaj paylaşıb.

"Atatürkün liderliyində qazanılan zəfərlər müstəqilik mübarizəsi aparanlara ilham mənbəyi oldu"

Baş nazir Binəli Yıldırım Qazi Mustafa Kamal Atatürkün vəfatının 79-cu ildönümü münasibətilə mesaj paylaşıb.

Baş nazir Cümhuriyyətimizin elanı ilə birlikdə milli iradənin hakimiyyətinin, ədalətin təsis edilməsinin, insan haqq və azadlıqlarının mühafizəsinin və plüralist demokratik prinsiplərin tam şəkildə tətbiq edilməsini ölkəmiz üçün hədəf göstərən Atatürkün millətimizi bu ideallar ətrafında birləşdirdiyini vurğulayıb.

Baş nazir bildirib ki, Atatürk şərqin dinamikaları ilə qərbin tarazlıqlarını münaqişədən kənar, sülhpərvər üslubla birləştirərək, ölkəmizin müasir dünya ilə bütövləşməsini və dəyişməsini təmin etmişdir. Ölkəni işğal etmək istəyən qüvvələrə qarşı  dastan kimi istiqlal mübarizəsi aparan millət Atatürkün liderliyində qazandığı zəfərlərlə dünyadaki bir çox müstəqqilik mübarizəsinə ilham mənbəyi olmuşdur.

“Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkü vəfatının 79-cu ildönümündə minnətlə yad edirik. Cümhuriyyətinin 94-cü illiyində ölkəmiz sabitlik içində güclənməyə, inkişaf etməyə və demokratiyanın standardlarını günü gündən yüksəltməyə davam edir. Onun “ən böyük əsərim” dediyi Türkiyə Cümhuriyyəti beynəlxalq problemlərin həllində fəal rol götürən yüksək etibara sahib bir ölkədir. Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürk və istiqlal mübarizəmizin bütün qəhrəmanlarına bir daha Allahdan rəhmət diləyir, əziz şəhidlərimizi, qazilərimizi və bütün əcdadımızı minnətlə minnətlə yad edirəm” deyə Baş nazir Binəli Yıldırım deyib.



Әlaqәli Xәbәrlәr