"Bu silahların Türkiyəyə tuşlanacağından çox narahatıq", N.Canikli

Gürcüstanda keçirilən Müdafiə və Təhlükəsizlik Konfransında çıxış edən N.Canikli deyib...

"Bu silahların Türkiyəyə tuşlanacağından çox narahatıq", N.Canikli

  Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli NATO-nun terrorla mübarizədə daha fəal olması lazımlığını bildirib.  

  Gürcüstanda keçirilən Müdafiə və Təhlükəsizlik Konfransında çıxış edən N.Canikli deyib: “Separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-nin Amerika Birləşmiş Ştatları tərəfindən silahlandırılması böyük təşviş doğurur. Bu silahların Türkiyəyə tuşlanacağından çox narahatıq. Tuşlanır da. Mütləq bunları həll etmək, yoluna qoymaq lazımdır… Terrorla mübarizədə NATO mövqeyini kəskin şəkildə ortaya qoymalıdır. Meyar və konsepsiyalarını tanıtmalı və həyata keçirməlidir. Beynəlxalq miqyasda terrorun ölçüsünə baxın: şiddəti və sayı artır.”



Әlaqәli Xәbәrlәr