“ABŞ ilə yaşanan viza böhranı müvəqqətidir”: M. Şimşək

Beynəlxalq Valyuta Fondu BVF və Dünya Bankı toplantılarına qatılmaq üzrə paytaxt Vaşinqtonda səfərdə olan Baş nazir müavini Məmməd Şimşək, Amerika ticarət palatasında Türk Miras Vəqfinin iclasında çıxış edib.

“ABŞ ilə yaşanan viza böhranı müvəqqətidir”: M. Şimşək

İqtisadiyyat sahəsində xeyli islahatlar həyata keçirdiklərini ifadə edən M.Şimşək, Türkiyənin dünyanın ən böyük 13 iqtisadiyyatına malik ölkələr arasında iştirak etdiyinə diqqət çəkib. ABŞ ilə yaşanan viza böhranına işarə edən Şimşək: “Türkiyə suveren və qürurlu bir ölkədir. ABŞ-ın viza verilişlərini dayandırma qərarına cavab verməli idi və bunu da etdi. Başda ABŞ olmaqla bütün dost ölkələridən empati gözləyirik. Ölkələr arasında əlaqə, dialoq və anlayışa zərurət var. ABŞ ilə Türkiyə arasındakı dialoq qanalları açıq olmalıdır. İki ölkə arasında yaşanan viza böhranının təcili həll edilməsini gözləyirik.



Әlaqәli Xәbәrlәr