R.T.Әrdoğan:‘‘Türkiyә Suriya ilә sәrhәddә terror dәhlizinin yaradılmasına imkan vermәyәcәk’’

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Suriyanın İdlib şəhərində ciddi  hərəkatın olduğunu və bunun davam edəcəyini deyib.

Dövlәt başçısı Afyonkarahisarda keçirilәn Әdalәt vә İnkişaf Partiyasının 26-cı Müşavirә vә Qiymәtlәndirmә görüşünün açılışında çıxış edib.

Dövlәt başçısı çıxışı zamanı Suriya böhranına toxunaraq  Suriyanın İdlib şəhərində ciddi  hərəkatın olduğunu və bunun davam edəcəyini deyib.

‘‘Hәlәbdәn qaçaraq İdlibә gәlәn qardaşlarımıza әlimizi uzatmaq mәcburiyyәtindәyik’’,- deyә dövlәt başçısı qeyd edib.

Rәcәb Tayyib Әrdoğan Türkiyənin Suriya  ilә sәrhәddә  terror dəhlizinin yaradılmasına imkan verməyəcəyini vurğulayıb.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  İraq Kürd Regional Rəhbərliyinin sentyabrın 25-dә keçirdiyi qanunsuz müstәqillik referendumuna da toxunub.

Rәcәb Tayyib Әrdoğan bu düşüncә ilә hәrәkәt edilәcәyi tәqdirdә heç bir nәticә әldә edә bilmәyәcәklәrini deyib.

Әlaqәli Xәbәrlәr