Venesuelanın dövlət başçısı Türkiyədə rəsmi səfərdədir

Venesuela Bolivar Respublikasının prezidenti Nicolas Maduro Türkiyədədir.

Venesuelanın dövlət başçısı Türkiyədə rəsmi səfərdədir

Venesuela Bolivar Respublikasının prezidenti Nocolas Maduro Türkiyəyə rəsmi səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.

Ərdoğan ilə Maduro ölkələri arasındakı əlaqələri müzakirə eədəck, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparacaqlar.

İkitərəfli və heyətlərarası görüşlərdə energetika və ticarət sahələri başda olmaqla, bir sıra məsələ masaya qoyulacaq.

Səfər çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin rəhbərliyi altında Birgə Əməkdaşlıq Komissiyasının ikinci yığıncağı  keçiriləcək.

Maduro Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman ilə də görüşəcək.

Erdoğan və Maduro, son dəfə sentyabr ayında İslam Əməkdaşlıq Təşkilatının Qazaxıstanın paytaxtı Astanada keçirilən sammitində görüşmüşdü.

 

 



Әlaqәli Xәbәrlәr