Türkiyə və İraq: yeni sərhəd qapısı

İraqın Türkiyədəki səfiri Hişam Əkbər Ələvi Habur Sərhəd Qapısının açılması üçün, lazım gələrsə, gücdən istifadə edəcəklərini bildirib: "Hərbi təlim buna hazırlıqdır. İki ölkə arasında yeni bir sərhəd qapısı açmaq məsələsini də müzakirə edirik."

Türkiyə və İraq: yeni sərhəd qapısı

   Səfirlikdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran İraqın Türkiyədəki səfiri Hişam Əkbər Ələvi deyib:

  “Baş nazir Binəli Yıldırım Bağdada səfəri üçün hazırlıqlar görürük. İki hökumətin üzbəüz görüşünə ehtiyac var. Bu səfərdə təkcə referendum deyil, mühüm ikitərəfli və regional məsələlər də müzakirə ediləcək.

  İraq hökuməti əvvəldən 25 sentyabr referendumunun konstitusiyaya zidd olduğunu bildirib. Başqa ölkələr və beynəlxalq aləmin də referenduma münasibəti eynidir.

  Referendumun ləğv edilməsi və Bərzani rəhbərliyinə yenidən danışıqlar üçün bəzi addımlar atılacaq. Bir çox ölkənin də bizə dəstək verməsini istəyirik.

  İraq Kürd Regional İdarəçiliyi 18 aydır ki, mərkəzi hökumətdən icazəsi neft və qaz ixrac edir.

  Rəsmi Ankaradan gözlədiklərimiz nədir? Üç addım atılır. Bunlardan biri bu bölgəyə uçuşların dayandırılması, ikincisi Habur Sərhəd Qapısında çalışanların sayının artırılması (41-ə çatdırılması) və sərhəddə hərbi təlim keçirilməsidir. Üçüncü addım isə neft və qazı ixracını dayandırılması ilə bağlı keçirilən görüşlərdir.



Әlaqәli Xәbәrlәr