N.Maduro Prezident İqamәrgahında rәsmi mәrasimlә qarşılanıb

Nikolas Maduro  sәfәri  çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident İqamәrgahında rәsmi mәrasimlә qarşılanıb.

N.Maduro Prezident İqamәrgahında rәsmi mәrasimlә qarşılanıb

Venesuela prezidenti Nokolas Maduro Türkiyəyə rəsmi səfər edib.

Nikolas Maduro  sәfәri  çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident İqamәrgahında rәsmi mәrasimlә qarşılanıb.

Qarşılama mәrasimindә iki ölkәnin himnlәri sәslәndirilib.

Mərasimdə, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba, Ətraf Mühit və Şəhərsalma naziri Mehmet Özhaseki də iştirak edib.

Mәrasimdәn sonra iki liderin tәkbәtәk görüşü başlayıb.

Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlər də müzakirə olunur.

Daha sonra heyətlərarası görüş baş tutacaq.

Mәlumata görә, görüşlәrdәn sonra Rәcәb Tayyib Әrdoğan vә Nikolas Maduro birgә mәtbuat konfransı keçirәcәklәr.

Bu arada  iki ölkənin xarici işlər nazirlərinin rəhbərliyi altında Birgə Əməkdaşlıq Komissiyasının ikinci yığıncağı da keçirilib.



Әlaqәli Xәbәrlәr