“Göndərilən məktub Türkiyə üçün rəsmi mahiyyət daşımır”

Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu BMT Baş katibi Gutteresə göndərilən məktubun Türkiyə üçün hər hansı rəsmi mahiyyətinin olmadığını bildirdi.

Müftüoğlu mövzu ilə əlaqəli bir suala verdiyi yazılı cavabda deyib ki, Rum icmasının New Yorkdakı nümayəndəsinin BMT Baş katibinə oktyabrın 3-də göndərdiyi məktub “S/2017/831” simvolu ilə BMT Təhlükəsizlik Şurası sənədi kimi dərc olundu. Bəhs mövzusu icmanın idarəsinə qarşı mövqəyimiz və bu idarəni tanımadığımız məlumdur. Buna görə, gündəmdəki məktubun ölkəmiz üçün heç bir rəsmi mahiyyəti yoxdur və heç bir əhəmiyyət kəsb etmir. Məktubda yer tutan əsassız iddiaların da bu çərçivədə nəzərdə tutulması qeyri-mümkündür. Məktubda Kıbrıs (Kipr) adası ilə əlaqəli olaraq dilə gətirilən mövzulara isə Rum icmasının gerçək və yeganə müraciət yeri olan Şimali Kıbrıs Türk Cümhuriyyəti rəsmiləri lazımi cavabı verəcəklər.

Әlaqәli Xәbәrlәr