Fransada yanğında ölən qız İstanbulda torpağa tapşırıldı

Fransanın Mülhouz (Mulhouse) şəhərində 4 gün əvvəl çıxan yanğında həyatını itirən 3 uşaqdan biri olan 9 yaşlı Sanem Ertuç İstanbulda dəfn edildi.

Fransada yanğında ölən qız İstanbulda torpağa tapşırıldı

  Sanemin anası və qardaşı xəstəxanada müalicə aldığı üçün cənazəyə gələ bilməyib.  

  Xatırladaq ki, Fransada bir binanın zirzəmi qatında çıxan yanğın zamanı 3-ü türkiyəli olmaqla 5 uşaq ölüb, 8 nəfər yaralanıb. O yanğında həyatını itirən uşaqların cənazələri Türkiyəyə gətirilib. 9 yaşlı Sanem Ertuç üçün İstanbulun Ümraniye rayonunda dəfn mərasimi keçirilib. Cənazə namazında baba İsmayıl Ertuç və nənə Əminə Öksüz ilə yaxınları iştirak edib. Qılınan namazdan sonra 9 yaşlı Sanem Ertuçun cənazəsi torpağa tapşırılıb.



Әlaqәli Xәbәrlәr