B.Yıldırım jurnalistlәrә açıqlama verib

İraq baş naziri Heydәr Әl-İbadi Türkiyәnin baş naziri Binәli Yıldırımı ölkәsinә dәvәt edib.

B.Yıldırım jurnalistlәrә açıqlama verib

İraq baş naziri Heydәr Әl-İbadi Türkiyәnin baş naziri Binәli Yıldırımı ölkәsinә dәvәt edib.   

Bunu Türkiyәnin baş naziri cümә namazından sonra jurnalistlәrә verdiyi açıqlamada bildirib.

İraqın Beşika düşәrgәsindәki Türk әsgәrlәrinin mövcudluğu ilә bağlı jurnalistlәrә mәlumat verәn baş nazir:"Başikadaki əsgərlərimiz DEAŞ-a qarşı mübarizә aparan qüvvәlәrә tәlim keçmәk üçün oradadırlar’’deyә bildirib.

Türkiyyәnin terrora qarşı fәal mübarizә apardığını  vurğulayan baş nazir bu mәsәlә ilә bağlı İraq hökumәti ilә daha yaxın әmәkdaşlığın әhәmiyyәtini vurğulayıb.

Binәli Yıldırım: ''İraq Kürd Regional Rәhbәrliyinin sentyabrın 25-dә keçirdiyi qanunsuz müstәqillik referendumundan sonra İraq hökumәti ilә münasibәtlәrimizi inkişaf etdirәcәyimizi düşünürәm''  deyib.

"İraq ilə bizim əsgərlərimiz birgə təlim keçirir. Gördüyümüz tәdbirlәr var. Hazırlıqları başa çatdıqda bunlar mərhələ-mərhələ hәyata keçirilәcәk’’ ,- deyә Binәli Yıldırım vurğulayıb.



Әlaqәli Xәbәrlәr