“Türkiyə təhlükəsizliyi üçün vacib gördüyü yer və zamanda müdaxilə edər”,İ.Kalın

İbrahim Kalın PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-nin nəzarətindəki Afrinə ehtimal olunan əməliyyatla əlaqəli açıqlama verdi.

“Türkiyə təhlükəsizliyi üçün vacib gördüyü yer və zamanda müdaxilə edər”,İ.Kalın

Dövlət başçısının sözçüsü İbrahim Kalın PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-nin nəzarətindəki Afrinə ehtimal olunan əməliyyatla əlaqəli olaraq “Türkiyə öz təhlükəsizliyi üçün vacib gördüyü yer və zamanda müdaxilə edər” deyib.

İbrahim Kalın bunu “TRT Haber”də gündəmi dəyərləndirərkən dilə gətirib.

ABŞ-ın İstanbul Baş Konsulluğunda vəzifəli yerli bir əməkdaşın “casusluq” nəticəsində saxlanılmasına da toxunan Kalın bildriib ki, hər ölkə beynəlxalq əlaqələrdə öz mənfəətlərinə üstünlük verir.

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuza qarşı Türkiyə Konstitusiyasının pozulması, casusluq fəaliyyəti və hakimiyyətin devrilməsinə cəhd maddələri üzrə cinayət işi açılıb.



Әlaqәli Xәbәrlәr