"Terrorçular yeni yollar axtarırlar", S.Soylu

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu PKK terror təşkilatının Türkiyəyə sızmaq üçün yeni yollar axtardığını söyləyib.

"Terrorçular yeni yollar axtarırlar", S.Soylu

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu PKK terror təşkilatının Türkiyəyə sızmaq üçün metod axtardığını söyləyib.

Nazir Muğla vilayətinin Köycəğiz qəsəbəsində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında baş verən qarşı durmaya toxunaraq bildirib ki, terror təşkilatı son metod kimi İraqın şimalından, İrandan və Afrindən sızırdı. İndi isə başqa yollara üz tutur. Təşkilatın lider kadrının təlimatı ilə təşkilat üzvləri Suriyanın liman şəhəri Lazkiyədən Aralıq və Əgə dənizi sahillərinə gəlib, ordan da Muğla, Fəthiyə kimi tətil mərkəzlərinə sızmağa çalışır.

Türkiyə Böyük Millət Məclisi Daxili İşlər Komissiyasının yığıncağında iştirak edən nazir Soylu Köycəğizdə təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyata dair məlumat verib: “Terror təşkilatlarının bu yeni yolunu təqib etmək üçün bütün təhlükəsizlik qüvvələrimiz işləyir. Terror təşkilatının qarşısını aldıqda yeni təhdidlər olaraq qarşımıza çıxırlar.”



Әlaqәli Xәbәrlәr