"Bu, İraqın torpaq bütövlüyünə xəyanətdir”,R.T. Ərdoğan

Dövlət başçısı Ərdoğan Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindən gələn ağsaqallarla keçirdiyi yığıncaqda gündəmə dair açıqlama verdi.

"Bu, İraqın torpaq bütövlüyünə xəyanətdir”,R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qeyri-qanuni olaraq müstəqillik xəyalları quran İraq Kürd Regional Rəhbərliyinə (İKRR) hava məkanları və sərhədlərin də bağlanacağını söylədi.

Ərdoğan Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindən gələn ağsaqallarla keçirdiyi yığıncaqda gündəmə dair açıqlama verdi. “Türkiyənin yerləşdiyi qədim coğrafiya çətin dövrdən keçir. Xəritələrin yenidən masaya qoyulduğu bir proseslə qarşı-qarşıyayıq. Keçən əsrdə olduğu kimi bu dövrün parolu da “böl, parçala, idarə et, hətta məhv et.” Qlobal müstəmləkə mərkəzlərinin illərdir əldə etdikləri yaxud müdaxilə etdikləri hər yerdə uğurla tətbiq etdikləri bu taktika, bir daha bölgəmizdə gündəmə çıxarıldı”-deyə Dövlət başçısı Ərdoğan vurğuladı.

Türkiyənin bölgədə oynanan oyunları pozacağını deyən Ərdoğan bildirdi ki, Suriyada və İraqda oynanan bölmə-, parçalama, etnik və məzhəblə əlaqəli təhrik etmə oyunlarının məqsədi Türkiyəni cənubdan mühasirəyə almaqdır. Bu mühasirə fəaliyyəti sadəcə fiziki sərhədlərimizdən ibarət deyildir. Burada ölkəmizin daxilini də əhatə edən böyük oyundan danışıram. Millətimizin gücü ilə bu oyunları da pozacağıq, bundan heç kəsin şübhəsi olmasın.

İKRR-də sentyabrın 25-də keçirilən qanunsuz referenduma da toxunan Ərdoğan bunun bir səbəb olduğunu amma bir nəticə olmadığını bildirdi: “Nəticə bundan sonradır. İş burda bitməyib, sadəcə başlayıb. Bir tərəfində İran, şimalında Türkiyə, cənubunda İraq rəhbərliyi, qərbində Suriya. Hansı addım atacaq, bu işi necə həll edəcək? İndi bütün hava məkanları da bağlanacaq, uçuşlar əsasən qadağa edildi. Kim gələcək, necə gədəcəksən? Yaxın zamanda sərhədlər də bağlanacaq. Giriş-çıxışlar necə olacaq?”.

Qeyri-qanuni referendumun İraqın torpaq bütövlüyünə xəyanət olduğuna diqqət çəkən Ərdoğan İKRR-in başçısı Məsud Bərzaniyə səslənərək dedi ki, kimdən ağıl alırsan? Arxanda sadəcə İsrail var. Sağ tərəfinə Fransanın keçmiş Xarici İşlər nazirini götürübsən, sol tərəfinə isə bir başqa yəhudini və onlarla birlikdə masa üzərində işləyirsən. Onlar sənə dost deyil, onlar bugün sənin yanındadır, sabah bir baxacaqsan ki ətrafında heç kəs yoxdur. Sən üzünü bizə tutmalısan.

“Bizim reaksiyamız İraqın birliyə, bərabərliyə ehtiyacı olduğu bir zamanda heç ehtiyac, məcburiyyət olmadığı halda, ayrıca da ölkəmizə məsləhət edilmədən belə bir addım atılmasıdır. Bu, İraqın torpaq bütövlüyünə xəyanətdir”-deyə Ərdoğan vurğuladı.

Türkiyə üçün bütün terror təşkilatlarının eyni olduğunu bildirən Ərdoğan Türkiyəyə və millətə zerər verən, ölkənin gələcəyinə qəsd edən heç bir terror təşkilatının bu torpaqlarda yaşaya bilməyəcəyini ifadə etdi.



Әlaqәli Xәbәrlәr