Ö.Çelik "Türkiyə, İngiltərə və Avropa: Ortaq Gələcək Perspektivləri"ndən danışdı

Ö.Çelik İngiltərəyə rəsmi səfəri çərçivəsində Kral Xarici Əlaqələr İnstitutu “Chatham House”da "Türkiyə, İngiltərə və Avropa: Ortaq Gələcək Perspektivləri" mövzusunda çıxış edib.

Ö.Çelik "Türkiyə, İngiltərə və Avropa: Ortaq Gələcək Perspektivləri"ndən danışdı

  Türkiyənin Avropa İttifaqı üzrə naziri və Baş müşaviri Ömər Çelik Türkiyənin Avropanın Asiyaya aşılan qapısı olaraq Avropa siyasətinə istiqamət verməyə davam edəcəyini deyib.

  Ö.Çelik İngiltərəyə rəsmi səfəri çərçivəsində Kral Xarici Əlaqələr İnstitutu “Chatham House”da "Türkiyə, İngiltərə və Avropa: Ortaq Gələcək Perspektivləri" mövzusunda çıxış edib:

  “Britaniya Aİ-dən ayrılma (Brexit) prosesindədir. Ancaq bu bir həqiqətdir ki, İngiltərə Avropanın böyük güclərindən biridir. Türkiyə də belədir: Avropa İttifaqının üzvü olmasa da, tarix boyu bir Avropa gücü olub və 100 ildir ki, bir Avropa demokratiyası yoluna davam edir.

  İngiltərə Avropanın təhlükəsizliyini qulaq ardına vurmur: Türkiyənin miqrasiya böhranının idarə edilməsi və DAEŞ-lə mübarizədə işi ortadadır.  

  Bu gün olduğu kimi gələcəkdə də İngiltərə və Türkiyə Avropa memarlığının iki mühüm sütunu olacaqlar. Böyük Britaniya Avropanın Atlantikaya, Türkiyə isə Asiyaya aşılan qapısı olaraq Avropa siyasətinə istiqamət verməyə davam edəcək.

  Avropa İttifaqı ilə Türkiyə arasındakı əlaqələr bundan sonra da güclənməlidir. Son zamanlar Türkiyəni kənarlaşdırmağa çalışan, Türkiyə ilə Avropa İttifaqı arasındakı müzakirələr kəsilsin deyə verilən şərhlər Avropanın bəhs etdiyi böyük gələcəyə xidmət etməyəcəyini göstərir. Türkiyə suveren bir ölkə olaraq sərhədlərini DAEŞ terror təhdidindən, PKK-dan qoruyarkən, eyni zamanda Avropanın təhlükəsizliyini təmin edir. Ankaranın təhlükəsizliyinin qorunması demək, Berlin, London, Roma və Parisin təhlükəsizliyinin qorunması deməkdir.

  Təəssüf ki, Avropada əsas partiyalar, populist cərəyanlar İslam düşmənliyi, qaçqınlara və multikulturalizmə qarşı radikaldır. Bu da irqçiliklə bağlı Avropada problemin böyüməsinə səbəb olur. Avropa xalqlarının Aİ-yə göstərdiyi etimad yerini legitimlik böhranına buraxır. Avropa İttifaqı mövcud siyasətinə və tərəfdarlarına təkrar nəzər yetirməlidir.”



Әlaqәli Xәbәrlәr