Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Washington rəhbərliyinə reaksiya göstərdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” raket sisteminin alınması ilə əlaqəli dəyərləndirmələrə görə Washington rəhbərliyinə reaksiya göstərdi.

Ərdoğan paytaxt Ankarada keçirilən Bələdiyyə sədrlərinin yığıncağında bu məsələyə toxunaraq deyib ki,  “S-400” raket sisteminə dair müqavilə imzaladıq deyə dəli oldular. Dövlətin təhlükəsizliyi üçün lazım olan addımlar atılacaqdır.

Dövlət başçısı Türkiyənin Rusiyadan “S-400” raket sistemi satın almasından narahat olduğunu açıqlayan ABŞ-na müraciət edərək bildirib ki, artıq bu ölkə insansız hava aparatlarını istehsal edir. Başqalarını gözləmək olmaz, biz də təhlükəsizlik üçün bütün tədbirləri görmək məcburiyyətindəyik.

Ərdoğan Türkiyənin sərhədləri daxilində və kənardakı əməliyyatlarda mülki şəxslərin zərər görməməsi siyasətində güzəştə getməyən ölkə olduğunu da vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Türkiyə və Rusiya arasındakı S-400 raket sistemi satın alınmasına dair müzakirələrlə əlaqəli “NATO üzvü ölkələrin NATO sistemlərilə uyğunluğu olan sistemdən istifadə etmələri önəmlidir.” demişdi.

Әlaqәli Xәbәrlәr