"Bəzi bələdiyyələr mənim heykəlimi düzəltdirib, bunu eşidəndə ..." R.T.Ərdoğan

Paytaxt Ankarada keçirilən Bələdiyyə Sədrləri Toplantısında çıxış edən Ərdoğan bu barədə deyib...

"Bəzi bələdiyyələr mənim heykəlimi düzəltdirib, bunu eşidəndə ..." R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bəzi bələdiyyə sədrlərinin onun heykəlini qoyma istəyini sərt şəkildə tənqid edib.

  Paytaxt Ankarada keçirilən Bələdiyyə Sədrləri Toplantısında çıxış edən Ərdoğan bu barədə deyib: "Bəzi bələdiyyələr mənim heykəlimi düzəltdirib. Bunu eşidəndə çox təəssüfləndim. Dostlar, bu, bizim dəyərlərimizə tərsdir. Mən nə heykəl, nə də büst istəyirəm. Heç kim belə səhvlər etməsin".

  R.T.Ərdoğan bələdiyyə sədrlərinə: “Mənim heykəlimi qoymaqdansa, işlərinizi qüsursuz yerinə yetirin”, - deyib.



Әlaqәli Xәbәrlәr