“Bizim uşağımız deyil” deyə özümüzü görməməzliyə vura bilmərik", Ə.Ərdoğan

Arakanlı didərginlərin Banqladeşdə sığındıqları düşərgədə Əminə Ərdoğan təəssüratlarını aşağıdakı sözlərlə ifadə edib...

emine erdogan.jpg

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Banqladeşdəki Rohingya qaçqın düşərgəsinə gedib.

  Banqladeş səfərində Əminə xanımla yanaşı oğlu Bilal Ərdoğan, Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xarici İşlər naziri Ravza Kavakçı Kan, TİKA-nın sədri Serdar Çam, Türkiyə Qızıl Ay Cəmiyyətinin direktoru İbrahim Altan və qeyri-hökumət təşkilatları nümayəndələri də iştirak ediblər.

  Arakanlı didərginlərin Banqladeşdə sığındıqları düşərgədə Əminə Ərdoğan təəssüratlarını bu sözlərlə ifadə edib:

  "İnsan olaraq təsirlənməmək mümkün deyil. Allah kömək olsun. İnşallah, bütün dünya bu problemlə ciddi maraqlanar, həm humanitar, həm də siyasi yardım edərlər. Bu məsələ belə qala bilməz, həll olunmalıdır. Müasir dövrdə belə vəhşilik ağlasığmazdır və bütün bunlar dünyanın gözü qarşısında baş verir. Günahsız insanlara, xalqa qarşı belə hərəkətlər edilməməlidir.

  Hamımızın uşaqlarımız var. “Bizim uşağımız deyil” deyə özümüzü görməməzliyə vura bilmərik. Hamımız məsuliyyət daşıyırıq. Bura buna görə gəldik. Yardım üçün gəldik. Lütfən, hər kəs əlindən gələni etsin.”

  Ə.Ərdoğan dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu mövzunu Birləşmiş Millətlər Təşkilatına qədər apardığını qeyd edib.

  Banqladeşə gedən heyət tərkibində yer alan Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Myanmardakə dəhşətli hadisələrdən qaçaraq düşərgəyə sığınan Arakan müsəlmanlarının yanında olduqlarını göstərmək üçün Bangladeşə gəldiklərini vurğulayıb: "Biz sizinlə olduğumuzu göstərmək istəyirik. Beynəlxalq Miqrasiya Təşkilatı ilə də birlikdə tədbirlər görməyə davam edəcəyik. Banqladeşli dostlarımıza demək istəyirik ki, birlikdə kömək edək. Buradan bütün dünyaya vəziyyəti göstərmək istəyirik. Göstərmək üçün kifayət deyil, işlərimiz, səylərimiz də davam edir. Astanada İslam ölkələri liderlərilə də görüşəcəyik. Sonra Arakan problemini həll etmək üçün Nyu Yorkda geniş miqyaslı görüşlər keçirməyi planlaşdırmışıq… Ölkə rəhbəri R.T.Ərdoğan Myanmalı həmkarı ilə danışıb, Arakan müsəlmanlara hücumların dayandırılmasını istəyib. Bizə “əlimizdən gələni edəcəyik” desələr də, gördüyümüz foto və videolar bunun əksini göstərir. Amma bu mövzunu birlikdə həll etməliyik."

  R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Arakan müsəlmanlarının vəziyyətilə bağlı Banqladeş Baş naziri Şeyx Hasina Vecidlə də görüşüb. Söhbət zamanı Türkiyənin Arakan müsəlmanlarına və Banqladeşdə daşqınlar nəticəsində dağılmış sahələrə yardım məsələsi də müzakirə edilib. Sonra heyət Dəkandan ayrılaraq geri dönüb.



Әlaqәli Xәbәrlәr