Prezident Ərdoğan İordaniyaya yola düşüb

Prezident Rəcəb Tayyıb Ərdoğan İordaniyaya səfəri əvvəlində İstanbul Hava limanında jurnalistlərə verdiyi  açıqlamada  müsəlmanların Qüds mövzusunda birlikdə addım atmalarının lazım gəldiyini vurğulayıb.

Prezident Ərdoğan İordaniyaya yola düşüb

İordaniyaya reallaşdıracağı səfər çərçivəsində Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-nin 15 İyul da uğursuzluqla nəticələnən xain çevriliş cəhdindən sonra İordaniyanın Türkiyəyə dəstəyini açıqladığına  diqqət çəkən Cənab Ərdoğan, bu səbəbdən səfəri çərçivəsində İordaniyalı rəsmilərə təşəkkürlərini bildirəcəyini bildirib

İordaniya ilə iqtisadi əlaqələrin qarşılıqlı investsiyalar ilə irəli pillələrə qaldırılmasına üstünlük verdiklərini ifadə edən prezident Ərdoğan: “Türkiyə kimi İordaniya də xeyli sayda qaçqına ev sahibliyi edir. Bu ölkədə təxminən bir milyon suriyalı qaçqın yaşayır. Bu səbəbdən İordaniyanın da Türkiyə kimi bəzi narahatlıqları olduğunun idrakındayıq”.

Qüds və Hərəm-i Şərif ilə əlaqədar cərəyan edən problemlərə də toxunan Ərdoğan, Türkiyə, İordaniyanın Qüdsdəki müqəddəs məkanların qorunmasına dair rolunu yüksək qiymətləndirir dəyib. Oxşar hadisələrin daha cərəyan etməməsini və ixlalların yaşanmamasını arzuladığını, qarşıdakı dövrdə Fələstinə vərəcəkləri dəstək mövzusunu Kral Adullah ilə müzakirə edəcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr