Heç kim Türkiyəni kiçik görməsin

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri və xarici işlər nazirinin Türkiyə ilə bağlı bəyanatlarına reaksiya verərkən söylədi.

Heç kim Türkiyəni kiçik görməsin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri və xarici işlər nazirinin Türkiyə ilə bağlı bəyanatlarına reaksiya göstərdi.
 
 Ərdoğan Ədalət və İnkişaf Partiyasının Dənizlidəki şəhər məşvərət məclisinin toplantısında çıxış etdi.
 
 Mühacirlərə çağırışını  təkrarlayan Ərdoğan: "Səsinizi Türkiyəyə düşmənçilik etməyənə verin" dedi və sözünə belə davam etdi:" Mən Almaniyanın başındakı xanıma 4 min 500 terrorçunun dosyesini verdim. Bu terrorçular hələ də Almaniyadadır. Özü məndən bir nəfərin, iki nəfərin, üç nəfərin ekstradisiyasını istədi. Sizdə məhkəmə varsa, bizdə də məhkəmə var" 
 
 Türkiyə prezidenti Almaniya xarici işlər naziri Sigmar Gabrielin  hörmətsiz bəyanatlarına da reaksiya verərək:"Sən kimsən ki Türkiyənin prezidenti barəsində danışırsan. Almaniyanın (gömrük ittifaqı) qapısını açmağınızın, və ya açmamağınızın əhəmiyyəti yoxdur. Bizə bu qapılar kifayət edir" şəklində danışdı.
 
 Ərdoğan Gömrük İttifaqının davam etdirilməsinə tərəfdar olduqlarını bildirdi, bunun Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə yol verməyəcəklərini söylədi.
 
 Türkiyənin böyük bir ölkə, böyük bir tərəfdaş, böyük bir potensial olduğunu ifadə edən Ərdoğan:"Heç kimTürkiyəni kiçik görməsin"  dedi.
 
 Prezident terrorla mübarizə məsələsinə də toxundu, bir tərəfdən Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ) ilə sona qədər mübarizə aparacaqlarını, digər tərəfdən Suriyanın şimalında  separatçı terror təşkilatı PKK və onun Suriya davamı PYD-nin orada terror dövləti yaratmasına icazə verməyəcəklərini söylədi.

 Ərdoğan 2019-cu ildə keçiriləcək seçkilərin əhəmiyyətinə diqqət çəkdi və: "Çox çalışıb, çox istehsal edib, çox tərləsək,Türkiyə də o qədər güclü olar" dedi.



Әlaqәli Xәbәrlәr