"Suriya və İraq ərazilərində yeni dövlət yaradılmasına fikrimiz ..." B.Yıldırım

Paytaxt Ankarada Cümə namazı çıxışı zamanı jurnalistlərin suallarını cavablandıran Baş nazir deyib...

"Suriya və İraq ərazilərində yeni dövlət yaradılmasına fikrimiz ..." B.Yıldırım

  Türkiyənin Baş naziri Binəli Yıldırım Suriya və İraq ərazilərində yeni dövlət yaradılmasına əsla icazə verməyəcəklərini bildirib.

  Paytaxt Ankarada Cümə namazı çıxışı zamanı jurnalistlərin suallarını cavablandıran Baş nazir deyib: "Sərhədlərimizdə, o cümlədən Suriya və İraqda yeni süni bir dövlət yaradılması səylərinə əsla dözümümüz yoxdur və buna icazə verməyəcəyik. Bu mövzuda həmfikir ölkələrlə lazımi danışıqlar aparırıq. Şərtlər nə olursa olsun, ölkəmizin milli maraqlarına, dövlət hüquqlarına, təhlükəsizliyinə qarşı hərəkətlərə hər zaman olduğu kimi indi də, gələcəkdə də imkan verməyəcəyik… O bölgədə - Hatayın 150 kilometrlik Suriya sərhədində lazımi tədbirlər görürük.”



Әlaqәli Xәbәrlәr