Minanın partlaması nəticəsində iki əsgər şəhid oldu

Türkiyənin Batman və Tunceli rayonlarında terrorçulara qarşı əməliyyatlarda üç əsgər şəhid olub, ikisi yaralanıb.

Minanın partlaması nəticəsində iki əsgər şəhid oldu

   Batmanın Sason qəsəbəsi yaxınlığındakı Kelhasan bölgəsində əsgər maşını keçərkən PKK terrorçularının yola döşədiyi tələ-mina partlayıb, iki əsgər yaralanıb, bütün müdaxilələrə baxmayaraq şəhid olub.

  Tuncelində də bir əsgər öldürülüb və ikisi yaralanıb.

  Bölgə Jandarma Komandanlığının PKK-ya qarşı təşkil etdiyi növbəti əməliyyatda isə terrorçularla qarşıdurmada üç əsgər yaralanıb. Yaralı əsgərlər vertolyotla Elazığdakı xəstəxanaya aparılıb. Xəstəxanada bütün müdaxilələrə baxmayaraq əsgərlərdən biri həyatdan köçüb.

  Bölgədəki terrorçulara qarşı əməliyyatlar davam edir.



Әlaqәli Xәbәrlәr