"Bu ölkələr hirslə deyil, ağlı başında hərəkət etməlidir", M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları və Şimal Koreya arasında yaranan böhranın bütün dünyaya təsir edəcəyini söyləyib.

"Bu ölkələr hirslə deyil, ağlı başında hərəkət etməlidir", M.Çavuşoğlu

  Antalyada jurnalistlərin suallarını cavablandıran Çavuşoğlu deyib: “Qloballaşma dünyanın bir ucundakı hadisənin o biri ucuna da təsirini labüdləşdirir. Şimali Koreya - ABŞ böhranı da bütün dünyaya təsir edəcək. Düzdür, biz öz tədbirlərimizi görürük. Amma bu, göründüyündən də çox ciddi mövzudur. Heç nəyə bənzəməz. Nüvə silahları uşaq oyuncağı deyil. Bu ölkələr hirslə deyil, ağlı başında hərəkət etməlidir. O bölgədə Cənubi Çin dənizi böhranı da var. İndi bu nüvə böhranı digər böhranları kölgədə qoyur.”



Әlaqәli Xәbәrlәr